Ukrayna Müdafiə Qüvvələri Zaporojya vilayətinin zəbt etdiyi ərazidə Rusiya qoşunlarının S-300 zenit-raket kompleksini məhv edib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının Teleqram kanalında məlumat verilib.
“Avqustun 2-də Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Zaporojye vilayəti ərazisindəki hərbi obyektlərinə yüksək dəqiqliklə zərbə endirib. Əməliyyat nəticəsində Rusiya qoşunlarının S-300 zenit-raket kompleksi uzaq mənzilli atəş silahları ilə məhv edilib”, – məlumatda deyilir.
Qeyd olunur ki, bu hədəfin aradan qaldırılması Rusiya Federasiyasının uzaq məsafələrdə atəş gücünü əhəmiyyətli dərəcədə zəiflədir və onun Ukrayna qoşunlarının mövqelərini və regionda mülki infrastrukturu atəşə tutmaq imkanlarını azaldır.
Müşviq Tofiqoğlu
KONKRET.az