“Sabah vuruşmalıyıq ki, istədiyimiz nəticəni əldə edək”backend

“Sabah vuruşmalıyıq ki, istədiyimiz nəticəni əldə edək”

Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsinin 4-cü turu çərçivəsində Polşada Ukrayna millisi ilə qarşılaşacaq.

KONKRET.az xəbər verir ki, millimizin müdafiəçisi Elvin Cəfərquliyev oyundan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

“Sabah çox yaxşı komandaya qarşı oynayacağıq. Müəyyən təlimatları almışıq, rəqibi analiz etmişik. Çox vaxtımız yox idi ki, bu oyuna hazırlaşaq. Amma sabahkı matça komanda olaraq yaxşı hazırlaşıb, tam konsentrasiya olub, maksimum nəticə nədirsə, onun üçün üçün çalışacağıq”.

– Fransa ilə çətin oyundan sonra Krakova gəlmisiniz. Bərpa oluna bilmisiniz?

– Çox da vaxtımız yoxdur. Amma düşünürəm ki, komanda olaraq yaxşı bərpa olmuşuq. Əsas odur ki, psixoloji hazır olaq. Fransa ilə görüşdə çox yorulmuşduq. Yaxşı mübarizə apardıq. Sabah da yaxşı oyun olacaq. Fransa ilə oyunu götürsək, sabahkı görüşdə daha da yorulacağıq. Rəqibi tanıyırıq. Yaxşı komandamız var. Sabah həm ağıllı, həm də özümüzə inamlı şəkildə çıxış etməliyik.

– Bakıda Ukrayna ilə 1:1 oynamışdınız və matçın ən yaxşısı idin. Həmin görüşdəki heç-heçə sabahkı matça təsir edəcək? Sizin üçün yaxşı motivasiyadır?

– O oyundan sonra Fransa ilə də oynamışıq. Yaxşı çıxış etmişdim. Amma Ukraynadan əsas olan xal almağımız idi. Öz performansımı kənara qoyuram, əsas komandadır. Motivasiyamız var, özümüzə inamlıyıq. Sabah çox vuruşmalıyıq ki, istədiyimiz nəticəni əldə edək. Qrupda çox çətin komandalar var. Ona görə də sabah qazanacağımız xal, qalibiyyət qrupdakı yerimizi dəyişə bilər. Bunun da ayrıca motivasiyası var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*