Sabah Ermənistanda matəm yürüşü keçiriləcək.
KONKRET.az xəbər verir ki, yürüş Qarabağda məhv edilmiş erməni hərbçiləri anmaq məqsədilə baş tutacaq.
Mərasim saat 13:00-da İrəvanın Respublika meydanından start götürəcək və yürüş iştirakçıları Yerablur hərbi xiyabanına qədər gedəcək.
Xatırladaq ki, Ermənistanda dekabrın 19-dan başlayaraq 3 günlük matəm elan olunub. Matəmin vaxtını və müddətini Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa müraciəti zamanı bildirib.