Sabiq səfir: “Azərbaycan və Ermənistan Zəngəzur dəhlizinə görə döyüşməyəcəklər”backend

Sabiq səfir: "Azərbaycan və Ermənistan Zəngəzur dəhlizinə görə döyüşməyəcəklər"

“Azərbaycanla Ermənistan hazırda sülh sazişi üzərindəki işi yekunlaşdırır və tərəflər Zəngəzur dəhlizinin açılması üçün bir-biri ilə döyüşməyəcək”.

KONKRET.az xəbər verir ki, bu fikirləri İranın Azərbaycandakı keçmiş səfiri Mohsen Pakayin özünün “X” hesabında yazıb.

Sabiq səfir qeyd edib ki, bu səbəbdən də beynəlxalq sərhədlər dəyişməyəcək. O, vurğulayıb ki, dəhlizin dinc yolla açılması real deyil, uzun və mürəkkəb proses tələb edir.

Mohsen Pakayin bu məsələdə Rusiyanın mövqeyinə də toxunub:

“Rusiya belə bir düşüncəni ağıllı şəkildə aşılayır ki, o, kommunikasiya yollarının açılmasına qarşı deyil və yalnız İran bunun əleyhinədir. Zəngəzur dəhlizi Qafqaz ölkələrinin iqtisadi inkişafına mane ola bilər”.

Məlik,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*