Bu gün Azərbaycanda 50 mindən çox əlilliyi olan şəxs şirkətlərdə çalışır.
KONKRET.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Dayaq” mükafatının təqdim olunma mərasimində bildirib.
“Bu, böyük nəticə və göstəricidir: Hədəfimiz böyükdür. İnanıram ki, sahibkarlarımız sinif kimi inkişaf edən zaman məhz korporativ sosial məsuliyyət məsələlərinə diqqəti artıracaq, inkluziv cəmiyyətin, inklüziv biznes mühitinin inkişafına dəstək verəcəklər”, – deyə o qeyd edib.
S.Babayev həmçinin deyib ki, hər bir ölkənin inkişafı sahibkarlığın inkişafından keçir: “Bizim birgə fəaliyyətimiz gələcəkdə müxtəlif layihələrin həyata keçirilməsinə və müxtəlif istiqamətlərdə sahibkarlığın dəstəklənməsinə töhfə verəcək, bu da ölkənin inkişafına gətirib-çıxaracaq”.