Sahil Babayevin kadrı YAP-ın namizədi oldubackend

Sahil Babayevin kadrı YAP-ın namizədi oldu

YAP-ın 48 saylı Abşeron birinci seçki dairəsindən namizəd kimi irəli sürdüyü Məmmədova Nigar Fikrət qızı hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protokol sektorunun müdiridir.

KONKRET.az xəbər verir ki, N.Məmmədova Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində bakalavr və magistr təhsili alıb. Əmək fəaliyyətinə 2001-ci ildə Vergilər Nazirliyində başlayıb. Beynəlxalq vergi münasibətləri idarəsində müxtəlif vəzifələrdə, 2003-2014-cü illərdə Vergilər Nazirliyin Protokol şöbəsinin rəisi vəzifəsində çalışıb, vergi xidməti müşaviri rütbəsinə yüksəlib.

MDB iştirakçısı olan dövlətlərin vergi xidmətləri rəhbərlərinin Koordinasiya şurasının, Avropadaxili Vergi Administrasiyalarının Təşkilatı (İOTA) iclaslarının, digər beynəlxalq səviyyəli tədbirlərin, habelə Azərbaycan və Litva Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın tədbirlərinin təşkilatçısı olub, Vergilər Nazirliyinin Tədris Mərkəzində mühazirələr oxuyub.

Azərbaycan Prezidentinin 11 fevral 2010-cu il tarixli 738 saylı Sərəncamı ilə “Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)” yubiley medalı ilə təltif edilib.

Ailəlidir, iki övladı var.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*