backend

Şahmar Hüseynov "Azneft"ə baş direktor təyin edildi

SOCAR-ın “Azneft” İstehsalat Birliyinə (İB) baş direktor təyin edilib.

KONKRET.AZ xəbər verir ki, “Azneft”dən verilən məlumata görə, İB-nin “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin rəisi Şahmar Hüseynov “Azneft”in baş direktoru vəzifəsinə təyin edilib.

Şahmar Hüseynov “Abşeronneft” NQÇİ-nin rəisi işlədiyi müddətdə kollektivdə yüksək təşkilatçılıq qabiliyyəti, peşəkarlığı, səmimiliyi ilə seçilib. Məhz onun səyi nəticəsində neft-qaz hasilatı, eləcə də digər sahələr üzrə əldə olunan yüksək nəticələr, uğurlu göstəricilər ümumilikdə Birliyin işinə öz müsbət təsirini göstərib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*