Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev yeni klubu “Adana Demirspor”da ilk məşqinə çıxıb.
KONKRET.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Onun ilk məşqindən şəkilləri paylaşılıb.
Qeyd edək ki, Ş.Məhəmmədəliyev bu ay “Qarabağ”dan ayrılıb. O, Türkiyə Superliqası təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.