Sakinləri özündən çıxaran vəziyyət: “Hər həftə boru xətti partlayır, dörd-beş gün susuz qalırıq” – VİDEObackend

Sakinləri özündən çıxaran vəziyyət: "Hər həftə boru xətti partlayır, dörd-beş gün susuz qalırıq" - VİDEO

Kürdəmirdə magistral su boru xətti partlayıb.

KONKRET.az xəbər verir ki, hadisə Ağsu-Bəhrəmtəpə yolunun 27-ci kilometrliyində, su kəmərinin rayonun Topalhəsənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Partlayış səbəbindən ərazidə su təchizatında ciddi problemlər yaranıb. Sakinlər uzunmüddətli su çatışmazlığından narazılıqlarını bildiriblər.

Onlardan biri vəziyyətin artıq dözülməz hal aldığını deyib: “Əziyyət çəkirik, su tapa bilmirik. Suyu mağazadan alırıq. Belə yaşayış olar?!”

Digər sakin isə problemin mütəmadi xarakter aldığını vurğulayaraq bildirib:

“Hər həftə boru xətti partlayır. Deyirlər ki, bu həftə də su olmayacaq. Bunun axırı olacaq? Hansı dövrdə yaşayırıq? Son iki ayda altı dəfə boru partlayıb, dörd-beş gün susuz qalırıq”.

Ətraflı Baku TV-nin süjetində:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*