“Şakro Molodoy”un həbsxanadan gizli şəkildə çıxarılması görüntüləri yayıldı – VİDEObackend

“Şakro Molodoy”un həbsxanadan gizli şəkildə çıxarılması görüntüləri yayıldı - VİDEO

Kriminal aləmdə “Şakro Molodoy” kimi tanınan “qanuni oğru” Zaxariy Kalaşov Krasnodar həbsxanasını gizli şəkildə tərk edib.

KONKRET.az xəbər verir ki, bu barədə SHOT Telegram kanalı məlumat yayıb.

Onu həbsxanadan yük maşınında çıxarıblar və hadisə videoya çəkilib.

Görüntülərdə yük maşınının koloniyanın darvazalarından çıxması, ardınca isə qara rəngli avtomobilin gəldiyi görünür.

Qeyd edək ki, avtoritet Ust-Labinsk vilayətinin Dvubratski kəndində yerləşən Krasnodar həbsxanasından vaxtından əvvəl azad edilib. Ehtimal olunur ki, “Şakro Molodoy” Soçiyə və ya dostlarının da məskunlaşdığı Abxaziyaya gedə bilər. O, səhhətində yaranan problemlərə görə şərti azadlığa buraxılıb.

Xatırladaq ki, Krasnodar məhkəməsi onun şərti azadlığa buraxılması ilə bağlı vəsatəti təmin edib. 2018-ci ilin mart ayında “qanuni oğru” təxminən on il müddətinə azadlıqdan məhrum edilmişdi.

Ariz Həsənoğlu,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*