“Salonda qışqırdılar ki, təyyarə partlayacaq” – “Bek Air” qəzasında sağ qalan sərnişinin təəssüratlarıbackend

"Salonda qışqırdılar ki, təyyarə partlayacaq" - "Bek Air" qəzasında sağ qalan sərnişinin təəssüratları

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

“Bek Air” təyyarəsinin qəzaya uğramasından sağ qalan bir sərnişin qadın baş verənlərin təfərrüatlarını danışıb. KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, sərnişin hazırda xəstəxanaların birində ambulator müalicə alır. O, öz təəssüratlarını yerli mediaya danışıb:

“Təyyarəyə gecikməyimi düşünürdüm, ona görə də bütün gecəni yatmamışdım. Bu səbəbdən təyyarəyə minəndən sonra salonda məni yuxu aparıb. Bir də təyyarə sürət götürəndə oyandım. Sərnişinlər həyacanlanmağa başladılar. Çünki təyyarə yüksəkliyə qalxanda müvazinətini itirdi. Bir neçə dəqiqə keçməmiş qorxunc bir səs gəldi. Xatırladığım bircə bu oldu ki, təyyarə yerə çırpıldı. O dəhşətli, uğultunu, nəriltini izah edə bilmirəm. Faciənin qorxulu təfərrüatlarını yaşamaq özü bir dözülməz haldır”.

Sərnişin qadın xatırladıb ki, təyyarə yerə düşəndə o, xoşbəxtlikdən sağ qala bilib. Hara gedəcəyini bilməyib və şok keçirib. Ona kömək gəlib və ehtiyat çıxışdan sağ qalan sərnişinlərlə birlikdə təyyarədən çıxarılıb.

Sərnişin deyib ki, salondakıların fəryadı qulağından hələ də getmir. Təyyarə yerə çırpıldıqdan sonra qışqırıq səsləri gəlirdi ki, “Tez olun, təyyarə partlaya bilər”

Xatırladaq ki, qəza bu gün, dekabrın 27-si, yerli vaxtla səhər saat 7-də baş verib.

Təyyarəyə minəndən sonra Bek Air-in gəmisi cənub paytaxtındakı yaşayış massivində qəzaya uğrayıb. İstiqamət Nur Sultan tərəfə yönəlib və uçuşdan dərhal sonra radarlardan itib.

 

Həmçinin oxuyun:

Qazaxıstanda təyyarə qəzası nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb – FOTO – VİDEO

Qəzadan sonra ilk VİDEO “Bek Air”in bu sərnişini tərəfindən yayımlandı

Təyyarə qəzasında həlak olanlar arasında tanınmış general Rüstəm Kaydarov da var

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*