Salyanda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
KONKRET.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Noxudlu kəndi ərazisində qeydə alınıb.
Belə ki, şirkətlərdən birinə məxsus yük maşını ilə “Mercedes” markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində 1978-ci il təvəllüdlü Zalıyev Daşqın Aydın oğlu hadisə yerində ölüb. Daha iki nəfər, yük maşınının sürücüsü, Şirvan şəhər sakini, 1995-ci il təvəllüdlü Həsənəliyev Şükran Həşim oğlu və Salyan sakini, 1977-ci il təvəllüdlü Babayev Alik Əlifağa oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.