“Şamaxı”nın yeni transferi sıradan çıxdıbackend

Şamaxı”nın yeni transferi sıradan çıxdı

“Şamaxı”nın yay transfer dönəmində heyətinə qatdığı fransalı yarımmüdafiəçi Brahim Konte zədələnib.

KONKRET.az xəbər verir ki, 28 yaşlı futbolçu hazırlıq dönəmində xəsarət alıb.

Bu səbəbdən o, 12 gündür müalicə alır. Futbolçunun 2-3 gündən sonra komanda ilə məşqlərə başlaması gözlənilir. Kontenin Azərbaycan Premyer Liqasının 1-ci turunu buraxacağı isə dəqiqdir.

Qeyd edək ki, “Şamaxı” Premyer Liqanın ilk turunda avqustun 4-də “Sabah” ilə üz-üzə gələcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*