Şamaxıda 15 yaşlı qızı nişanlamaq istədilər – Polis işə qarışdıbackend

Şamaxıda 15 yaşlı qızı nişanlamaq istədilər - Polis işə qarışdı

Şamaxı rayonunun Muğanlı kəndində 2010-cu il təvəllüdlü yeniyetmə qıza nişan mərasimi keçirilməsi barədə məlumat yayılıb.

KONKRET.az xəbər verir ki, polis mərasimin qarşısı alıb və hər iki tərəfin valideynləri ərazi üzrə polis orqanına dəvət olunublar.

Valideynlərlə profilaktik söhbətlər aparılıb və qanunvericiliyin tələbləri izah edilib.

Yeniyetmənin atası barəsində İnzibati Xətalar Məcəlləsinin 189-1-ci (on altı yaşına çatmayan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olma) maddəsi ilə protokol tərtib olunaraq məsuliyyətə cəlb edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*