“Avroviziya” təmsilçimiz Samirə Əfəndinin müsabiqədə halı qəfil pisləşib.
KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Belə ki, Qazaxıstanda keçirilən “Silk way Star” yarışmasında jüri kürsüsündə əyləşən müğənni anidən huşunu itirib. O, əməkdaşlar tərəfindən studiyadan çıxarılıb.