Şantaja görə həbs edilən sayt rəhbərinin üzərindən narkotik vasitə aşkarlandı – FOTObackend

Şantaja görə həbs edilən sayt rəhbərinin üzərindən narkotik vasitə aşkarlandı - FOTO

“Xeberaz.az” saytının və eyniadlı İnstaqram səhifəsinin rəhbəri Tural Əliyev polis tərəfindən saxlanılıb.

KONKRET.az xəbər verir ki, Tural Əliyev bir neçə vətəndaşın şikayəti əsasında məsuliyyətə cəlb olunub.

O, ayrı-ayrı vətəndaşlardan barələrində rusvayedici məlumatlar yayacağı hədəsi ilə pul tələb etməkdə təqsirli bilinir.

Tural Əliyev saxlanılan zaman onun üzərindən narkotik maddə də aşkar edilib.

Onunla bağlı AR Cinayət Məcəlləsinin 234.2.3 (satış məqsədilə narkotiklərin qanunsuz dövriyyəsi), 182.2.2 (bir qrup şəxs tərəfindən vəzifəli şəxslər və vətəndaşlar haqqında rüsvayedici xəbərlər paylaşmaq hədə-qorxusu yolu ilə pul tələbetmə) maddələri ilə istintaq aparılır.

Qeyd edək ki, Tural Əliyev hazırda həbsdə olan İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədovun mediadakı əsas adamlarından hesab olunur./Demokrat.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*