Səfər Əbiyevdən xəbər varbackend

Səfər Əbiyevdən xəbər var

Vəzifədən azad olunduqdan sonra ictimaiyyət arasında görünməyən, mətbuatla əlaqə saxlamayan keçmiş müdafiə naziri, general-polkovnik Səfər Əbiyevdən yeni xəbər var.

KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, o, bir neçə gün əvvəl vəfat edən general-mayor Rasim Əliyevin yas mərasiminə qatılıb.

Bakıdakı Heydər məscidində keçirilən mərasimdə S.Əbiyevin dövründə Müdafiə Nazirliyində yüksək vəzifə tutan zabitlər, o cümlədən müdafiə nazirinin sabiq müavini, Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordunun keçmiş komandanı, general-polkovnik Kərəm Mustafayev (S.Əbiyevin dövründə korpus komandiri olub), hazırda xidmətdə olan hərbçilər də iştirak edib.

Onlar S.Əbiyevlə görüşüblər, hal-əhval tutublar.

Xatırladaq ki, 1950-ci il təvəllüdlü S.Əbiyev 1995-2013-cü illərdə Azərbaycanın müdafiə naziri olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*