Braziliyalı rok müğənnisi Ayres Sasaki səhnədə elektrik cərəyanı vuraraq dünyasını dəyişib.
KONRET.az xəbər verir ki, 35 yaşlı braziliyalı rok sənətçisi Ayres Sasaki konsert zamanı islanmış paltarlı pərəstişkarının onu qucaqlaması nəticəsində kabelin vurduğu elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.
Müğənninin ölümünü araşdıran polis hələlik başqa təfərrüatları açıqlamayıb. Müğənninin ailəsi də istintaq zamanı təfərrüatlı şərh verməkdən imtina edib. Onun bibisi Rita Matos yerli mediaya deyib:
“Hər şeyin necə baş verdiyini anlamaq üçün həmin anda onun yanında olan insanlarla əlaqə saxladıq. Bütün məlumatları topladıqdan sonra mətbuata açıqlama tam açıqlama verəcəyik”.
Rəsmiyyə Şərifova,
KONKRET.az