Səlcuq Bayraqdar hərbçilərimizə sertifikat verdi – VİDEObackend

Səlcuq Bayraqdar hərbçilərimizə sertifikat verdi - VİDEO

Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin (HHQ) 77 hərbçisinin Türkiyənin “Baykar” şirkətində keçirilən təlimləri uğurla başa vurublar. 

Azərbaycanın Türkiyədəki Səfirliyindən KONKRET.az-a verilən məlumata görə, 4 ay davam edən “Bayraktar TB2 silahsız pilotsuz təyyarələrin (SİHA) operatoru” təlimində iştirak edən hərbçilərimiz SİHA pilotu, komana idarəetmə, yük operatoru və digər texniki vəzifələr üzrə sertifikatlar alıblar.
Sertifikatları şirkətin baş direktoru Haluk Bayraqdar və “Baykar Texnologiya”nın lideri Səlcuq Bayraqdar təqdim edib.
Tədbirdə Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, Azərbaycanın Türkiyədəki Hərbi Attaşesi polkovnik Müşfiq Məmmədov, Azərbaycan HHQ Komandanının müavini polkovnik Elşad Pənahov və general Namiq İslamzadə, Müdafiə Nazirliyinin HHQ İdarəsinin rəisi polkovnik Elçin Axundov iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*