Şəmkir rayonunun Könüllü kəndində dəm qazından zəhərlənmə hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, kənd sakinləri ana və azyaşlı qızı dəm qazından zəhərlənib.
Həkimlərin səyinə baxmayaraq, 30 yaşlı Nailə Əsgərova vəfat edib. 7 yaşlı Səlmi Mehdiyevanın isə durumu orta ağırdır.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.