Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Dərhal xəsarət alanlara yardım edilib, hazırda onların vəziyyətlərinin kafi olduğu bildirilir.
İki avtomobilin toqquşması zamanı xəsarət alanlar 1973-cü il təvəllüdlü M.Abbasov, 1993-cü il təvəllüdlü T.Əliyeva və daha bir nəfərdir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
