Dərbənddə general-leytenant Hüseyn Rəsulbəyovun heykəli qoyulub.
KONKRET.AZ-ın bölgə müxbirinin verdiyi məlumata görə, abidə dövlət xadiminin adını daşıdığı küçədə ucaldılıb.
Heykəlin açılış mərasimində YAP-ın Xaçmaz rayon təşkilatının sədri Şəmsəddin Xanbabayev də iştirak edib.
Qeyd edək ki, generalın heykəli Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışdığı zaman Şəmsəddin Xanbabayevin göstərişi ilə ucaldılıb.
Azərbaycanın hərbi xadimi, general-leytenant, əməkdar mühəndis Hüseyn Rəsulbəyovun Azərbaycan tarixində böyük xidmətləri olub. O, uzun illər Bakı Hava Hücumundan müdafiə dairəsi qoşunlarında məsul hərbi vəzifələrdə çalışıb. 1966-1974-cü illərdə komandan olub.
1975-ci ildə ehtiyata çıxandan sonra Hüseyn Rəsulbəyov Azərbaycan Respublikasının Rabitə naziri vəzifəsində çalışıb. Onun Azərbaycanın rabitə xidmətinin inkişafında misilsiz xidmətləri olub.
Hüseyn Rəsulbəyovun nazir kimi fəaliyyət göstərdiyi 1975-1980-ci illərdə Bakıda şəhərlərarası iki telefon və teleqraf rabitəsi stansiyası tikilib istifadəyə verilib. Şirvan, Astara, Mingəçevir, Qusar və Xaçmaz rayonlarında şəhərlərarası avtomat telefon stansiyaları inşa olunub.
Hazırladı: Günel MUSEYİB, Cəlal FƏRZƏLİYEV