Tanınmış yazıçı Azad Qaradərəli Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun ruhi-əsəb dispanserinə yerləşdirilməsi ilə bağlı öz sosial şəbəkə hesabında iddia yayıb.
KONKRET.az az xəbər verir ki, məsələ ilə bağlı Globalinfo-ya danışan Sərdar Cəlaloğlu səhhətinin qaydasında olduğunu bildirib və yayılan iddianı dezinformasiya adlandırıb.
“Hazırda evimdəyəm, hər şey qaydasındadır. Səhhətimdə heç bir problem yoxdur”, – S.Cəlaloğlu vurğulayıb