Sergey Lavrov: ”ABŞ indi də “Türk axını”na mane olmaq istəyir”backend

Sergey Lavrov: ”ABŞ indi də “Türk axını”na mane olmaq istəyir”

Sergey Lavrov ABŞ-nin heç bir sahədə rəqib görmək istəmədiyinə əminliyini ifadə edib. O, Ağ Evin Avropa Birliyinin enerji sabitliyinə xələl gətirmək məqsədi daşıyan terror aksiyalarına icazə verməkdən çəkinmədiyini vurğulayıb. Bundan əlavə, onlar ukraynalı tərəfdaşlarını “Şimal axını”na rəqib olan “Türk axını”nı dayandırmaq üçün hərəkətə keçməyə təhrik edirlər.

KONKRET.az xəbər verir ki, Lavrov bunları 2024-cü ilin  yekunlarına dair mətbuat konfransında deyib: “Vaşinqton ukraynalı müştərilərini “Şimal axını”ndan sonra “Türk axını”nı da dayandırmağa təhrik edir”.  Bundan əvvəl Kremlin mətbuat katibi  Dmitri Peskov bildirmişdi ki,  Ukraynaya məxsus PUA-lar “Türk axını” boru kəmərinə hücum edib. Peskov Ukrayna PUA-larının Krasnodar diyarının Qay-Kodzor kəndindəki “Russkaya” kompressor stansiyasının infrastrukturuna hücumunu enerji terroru adlandırmışdı.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*