Litva hava məkanında 200-dən çox şübhəli obyekt aşkarlanıb.
KONKRET.az xəbər verir ki, bu səbəbdən səhər saatlarında Salcininkay və Medininkay sərhəd keçid məntəqələri müvəqqəti bağlanıb, həmçinin uçuşlar dayandırılıb.
Hava limanının bağlanması 4 mindən çox sərnişinə təsir edib. Litva rəsmiləri hava şarlarının Belarusun “hibrid hücumu” olduğuna dair heç bir sübut tapılmadığını bildiriblər. İndiyədək onlarla hava şarı ələ keçirilib və dörd şübhəli şəxs saxlanılıb.
Müşviq Tofiqoğlu
KONKRET.az