İsrailin atəşkəs razılaşmasına uyğun olaraq Qəzza ilə Misir arasındakı Rəfah sərhəd-keçid məntəqəsini bu gün açacağı bildirilib.
KONKRET.az axaraz-a istinadən xəbər verir ki, bu barədə İsrail dövlət televiziyası məlumat yayıb.
Qeyd edək ki, daha əvvəl sərhədin açılmasının gecikə biləcəyi ilə bağlı narahatlıqlar yaranmışdı. HƏMAS-ın 4 israilli girovun cəsədini qaytarmasından və bu gün daha bir neçə cəsədin qaytarılacağına söz verməsindən sonra qərar dəyişib.