Sərnişinləri sevindirəcək XƏBƏR: Sabahdan etibarən avtobuslar…backend

Sərnişinləri sevindirəcək XƏBƏR: Sabahdan etibarən avtobuslar…

Bakıda havaların isti keçməsinə baxmayaraq, paytaxtın marşrut avtobuslarında hələ də kondisionerlər işləmir.

KONKRET.az xəbər verir ki, şəhər sakinləri günün isti saatlarında ictimai nəqliyyatda istidən əziyyət çəkdiklərini bildirirlər.

Qeyd edək ki, Bakıda temperatur bəzən 30 dərəcəyə çatır.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, 15 may 2025-ci ildən etibarən müvəqqəti istismarda olan marşrut xətlərində kondisionerlərin işlək vəziyyətdə saxlanılması daşıyıcı şirkətlərin diqqətinə çatdırılıb.

Daşıyıcı şirkətlərlərdən verilən məlumata görə, avtobuslarda kondisionerlərin istifadəsinə iyunun 2-dən etibarən başlanacaq.

  • Niyazov Rauf
    İyun 2, 2025 - 00:54

    Salam Aleykum Sizdən artıq dərəcədə xaiş edirəm ki 195 nömrəli marşurutun yararsız olması barədə bir çəkliş edəsiniz nə inki kansaner Biz artıq yorulmuşuq 21 ci əsirdə yeni daşıyıcı yeni nəqliyat vasitələri isdəyirik

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*