Avtobus sürücüsü sərnişinlərin həyatını təhlükəyə atıb.
KONKRET.az Xəzər TV-yə istinadən xəbər verir ki, kadrlar bu gün səhər saatlarında Ziya Bünyadov prospektində qeydə alınıb.
Koroğlu Mübadilə Mərkəzindən çıxan avtobus dairədən dönmək əvəzinə, birbaşa rezin dirəklərin üzərindən keçərək prospektə çıxır.
Hərəkət istiqamətini dəyişmədən, düz xəttin tələbini pozaraq körpü üzərinə daxil olur.
Sərnişinlər sürücünün bu hərəkətini məsuliyyətsizlik kimi dəyərləndirirlər.
Sözügedən görüntülərlə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, videogörüntü ilə bağlı araşdırma aparılaraq sürücü müəyyən ediləcək və barəsində qanunamüvafiq tədbirlər həyata keçiriləcək. Bir daha ümumi istifadədə olan nəqliyyat vasitələri sürücülərindən xahiş edilir ki, özlərini və xidmət göstərdikləri sərnişinləri bu cür təhlükəyə atmaqdan çəkinsinlər.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə bildirildi ki, həmin daşıyıcı müəyyən ediləcək və ona qayda pozan sürücü barədə ölçü götürməklə bağlı tapşırıq veriləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: