Səudiyyə Ərəbistanı Yəməni vurdubackend

Səudiyyə Ərəbistanı Yəməni vurdu

Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələri Yəmənin şərqindəki Seyun şəhərində yerləşən strateji obyektlərə hava zərbələri endirib.

KONKRET.az Milli.Az-a istinadən xəbər verir ki, bu gün Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəmənin Seyun beynəlxalq hava limanını və yaxınlıqdakı hərbi bazanı hədəf alıb.

Yəmənin informasiya, mədəniyyət və turizm nazirinin müavini Salah əl-Akel hava limanına zərbələri təsdiqləyib.

Hadisə şahidlərinin və yerli mənbələrin verdiyi məlumata görə, hava limanı ərazisində güclü partlayış səsləri eşidilib və hücum nəticəsində infrastruktura ciddi ziyan dəyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*