Sibirin incisi Yamal haqqında nə bilirik?backend

Sibirin incisi Yamal haqqında nə bilirik?

Yamal, Sibirin şimal-qərbində, Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsi daxilində yerləşən unikal yarımadadır. Nenets dilindən tərcümə olunan adı “yerin sonu” deməkdir. Yamala  gələnlər təbiət mənzərələrinin müxtəlifliyindən heyran olurlar. Region minilliklər boyu öz adət-ənənələrini və həyat tərzini qoruyub saxlayan yerli xalqlardan ibarətdir. Yamalda  Nenets və Xantı xalqları yaşayır. Bura təkcə sərt təbii şəraitə malik bölgə deyil, həm də tarixi ənənələrin müasirliklə iç-içə olduğu bir məkandır. Yamalın təbiəti həqiqətən möhtəşəmdir. Yarımada yazda və yayda  çiçəklərlə, qışda isə qar örtüyü və geniş tundrası ilə məşhurdur. Burada müxtəlif flora və faunaya rast gəlmək olar, o cümlədən qütb ayıları, şimal maralları və 200-dən çox quş növü var. Yamalın Taz və Pur çayları kimi su anbarları balıqla doludur. Bu da  bölgənin  ekoloji və iqtisadi baxımdan daha əhəmiyyətli edir. Bundan əlavə, Yamal təbii ehtiyatlarla da zəngindir.

Yamalın qədim  tarixi var. Nenets kimi yerli xalqın ilk maddi nümunəsi  8-ci əsrə aiddir. Bu tayfalar köçəri həyat tərzi keçirib, maralı otarmaqla məşğul olublar. Bu da onların mədəniyyətinin və kimliyinin əsasını təşkil edib. 15-17-ci əsrlərdə  Rusiya imperiyası Yamalı da işğal edib.  17-18-ci əsrlərdə Yamala ayaq basan  ekspedisiya korpusunda  Mixail Lomonosov və digər təbiətşünaslar da olub.  Kəşfiyyatçılar yeni təbii sərvətlər kəşf ediblər  və bölgənin təbiətini öyrəniblər. 19-cu əsrdə ruslar  Yamalı istismar etməyə başlayıblar. Burada balıqçılıq, ovçuluq və mədənçilik kimi təbii ehtiyatlar Rusiya ərazisinə daşınıb.

Sovet İttifaqı illərində yerli əhalinin həyatında mühüm dəyişikliklər baş verib. Yamaldakı xalqların müasir cəmiyyətə inteqrasiyası başlayıb. Bununla belə, mədəni ənənələr qorunub saxlanılıb və nəsildən-nəslə ötürülməkdə davam edir.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*