Şimali Koreyadan gərginliyi artıracaq yeni addım – İki ballistik raket buraxdıbackend

Şimali Koreyadan gərginliyi artıracaq yeni addım - İki ballistik raket buraxdı

Cənubi Koreya Şimali Koreyanın şimal-şərq istiqamətində biri qısa mənzilli olmaqla 2 ballistik raket atdığını açıqlayıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu addımla Şimali Koreya ilə Cənubi Koreya arasında sülh böhranı yarandı.

Koreya Yardım Adasında “zibillə dolu şarlar” səbəbiylə yaşanan son gərginlik yenidən raket gərginliyi ilə əvəzlənib. Bir neçə gün əvvəl raket sınaqdan keçirən Pxenyan yenidən oxşar təşəbbüslə çıxış edib.

Cənubi Koreya Baş Qərargahı (JCS) Pxenyanın yerli vaxtla saat 05:05 radələrində Cənubi Hvanqhae əyalətindəki Canqyon bölgəsindən şimal-şərq istiqamətində qısa mənzilli ballistik raket atdığını təsdiqləyib.

Naməlum tipli raketlərin müvafiq olaraq 600 kilometr və 120 kilometr məsafəyə uçduğu bildirilib.

Açıqlamada deyilib ki, Cənubi Koreya ordusu ABŞ qüvvələri ilə əməkdaşlıq çərçivəsində müşahidə və təhlil fəaliyyətlərini davam etdirir: “Şimali Koreyanın Koreya yarımadasının sülh və sabitliyini ciddi şəkildə təhdid edən və açıq-aşkar təxribat olan raket sınaqlarını şiddətlə qınayırıq”.

Cənubi Koreya ordusunun istənilən təxribata qəti cavab verməyə hazır olduğu da vurğulanıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*