HƏMAS-ın öldürülmüş lideri Yahya Sinvarın dul arvadı saxta pasport və böyük miqdarda pulla Qəzza zolağını tərk edərək Türkiyəyə qaçıb. O, uşaqları ilə birlikdə ölkədən çıxıb və bir müddət əvvəl yenidən ailə qurub.
KONKRET.az xəbər verir ki, fələstinli və israilli mənbələrin məlumatına görə, Sinvar qardaşlarının həyat yoldaşlarının – o cümlədən Yahya Sinvarın dul arvadının – uşaqları ilə birlikdə sərhədi keçməsi üçün yüksək səviyyədə əlaqələndirmə və adi Qəzza sakininin malik ola bilməyəcəyi qədər böyük pul vəsaiti tələb olunub.
Natiq Səlim,
KONKRET.az