SİYASİ DEŞİFRƏ: Bayden Makronun əlini niyə buraxmırdı? – MASSON ƏLSIXMASI – FOTO/VİDEObackend

SİYASİ DEŞİFRƏ: Bayden Makronun əlini niyə buraxmırdı? - MASSON ƏLSIXMASI - FOTO/VİDEO

Siyasətdə bədən dili önəmli elementlərdəndir. 2017-ci ildə Soçidə Həsən Ruhani, Putin və Ərdoğanın mətbuat konfransından sonra Rusiya Prezidentinin Türkiyə liderinin oturacağını aşırtması diqqət çəkmişdi. Sonrakı illərdə Tehran və Astanada Ərdoğanın Putini gözlətmələri də diqqətdən yayınmayıb. Hətta Tehran ikitərəfli görüşünün başlaması üçün Türkiyə liderini salamlamağa hazırlaşan Rusiya lideri 50 saniyə ayaq üstə qalmışdı.

KONKRET.az bu dəfə Baydenin Makronun əlini 30 saniyə buraxmamasından bəhs edəcək. Ağ Evdə yaşanan bu olay jurnalistlərin diqqətini çəkib. Ekspertlər isə bu əlsıxmanı təzyiq, güc nümayişi kimi dəyərləndirib.

Həmin videonu təqdim edirik:

İki il əvvəl eks ABŞ Prezidenti Tramp da Makronun əlini 29 saniyə buraxmayıb.

Etiket:

– Əlsıxma möhkəm olmalıdır, yolaverdi əl uzatmaq, tərli ovuc müsbət qarşılanmır. Müzakirələr öncəsi möhkəm əlsıxma danışıqlarda müsbət nəticə şanslarını artırır;

Bədən dili:

– Nə qədər mehriban olsalar belə, insanların əlsıxma müddətini uzatması dialoqun sonrasına mənfi təsir göstərir. Lakin liderlər uzunmüddətli əlsıxma zamanı yarana biləcək aqressiyaya görə sol əllərini salamlaşdığı insanın çiyninə qoyurlar. Bu isə çox vaxt qayğı nümayişidir, bəzən isə xəbərdarlıqdır;

– Minimum 30 sm ara məsafəsi olmalıdır. ABŞ-da bu norma 50 sm, Ərəbistanda 95-dir;

– İki siyasətçinin bu qədər yaxınlaşmasını ictimaiyyətə bəlli olmayan informasiya mübadiləsi kimi qiymətləndirirlər. Bundan başqa, onların gülümsəməsi bir-birinə “ətrafda jurnalistlər var, özünü yığışdır” mesajıdır;

Massonluq:

Masson əlsıxmaları arasında boaz, şibbolet, tubal-kayin, yaxin, şir pəncəsi növləri mövcuddur və hər biri tətbiq edən şəxsin massonluq dərəcəsini göstərir. Bu əlsıxmaların fotolarını təqdim edirik:

Bu şəkilləri yadda saxlayaraq müəyyən salamlaşmaları diqqətlə izləyəndə çox siyasi gizlinlərin üstü açılır.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*