Siyasi rəqabətdə ən effektiv mübarizə üsulu – bir çimdik zəhər…backend

Siyasi rəqabətdə ən effektiv mübarizə üsulu - bir çimdik zəhər...

Xəbər verildiyi kimi, Rusiya müxalifət lideri Aleksey Navalnı vəkili və həkiminin onun həbsxanada zəhərləndiyinə dair şübhələrini bölüşdüyünü deyib. 30 gün müddətinə həbs cəzası ilə bağlı apelyasiya müraciətinə cavab gözləyən Navalnı üzünün şişməsi və səpkilərlə əlaqədar olaraq xəstəxanada qaldıqdan sonra yenidən həbsxanaya gətirilən zaman xəstəliyi haqda açıqlamalar verib. “Yəni onlar bu qədər ağılsızdırlar ki, bütün şübhələrin yalnız onlara işarə etdiyi yerdə səni zəhərləsinlər?” deyə, Navalnı sual edib. Özünün veb səhifəsində yerləşdirdiyi yazıda Rusiya müxalifət lideri “nə yeməyə, nə toza, nə də başqa bir şeyə heç vaxt allergiyası olmadığını” bildirib.

Navalnının həkimi Anastasiya Vasilyeva onun xəstəxanadan yenidən həbsxanaya qaytarıldığı zaman Navalnının kimyəvi maddə ilə zəhərləndiyi ehtimalının olduğunu deyib.

O, facebook səhifəsində yazıb ki, “Navalnının “hansısa” “üçüncü şəxs” vasitəsilə naməlum kimyəvi maddə ilə dərisi və selikli qişasının toksik zədələndiyini istisna edə bilmərik”.

Nalvanının vəkili Olqa Mixaylova onun inzibati həbsinə sağlıq durumu ilə əlaqədar xitam verilməsini istəyib. “O, həqiqətən də naməlum kimyəvi maddə ilə zəhərlənib” – deyə, müxbirlərə bildirib.

Navalnı zəhərlənib? ile ilgili görsel sonucu

“Lakin bu kimyəvi maddənin nə olduğu hələ müəyyən edilməyib” – deyə, əlavə edib.

“Yeni Müsavat” mövzunun aktuallığını nəzərə alaraq, bu günə qədər zəhərlənən siyasətçilər, tanınmışlarla bağlı bir dosye hazırlayıb.

yuşşenko zəhərlənməsi ile ilgili görsel sonucu

Viktor Yuşşenkoya sui-qəsd cəhdi

Ukrayna tarixdə qalan “narıncı inqilab”ın qəhrəmanı olan müxalif namizəd Viktor Yuşşenko 2004-cü ildə dioksin maddəsi ilə zəhərlənib. Yuşşenko Ukraynanın təhlükəsizlik xidməti rəhbərləri ilə axşam yeməyindən bir neçə həftə sonra zəhərlənib. Zəhərə görə üzü xeyli çirkinləşən Yuşşenko 2005-ci ilin yanvar ayında prezident kürsüsünə əyləşib.

Turqut Özal ile ilgili görsel sonucu

Turqut Özalın zəhərlənməsində şübhələr kimin üzərindədir?

Türkiyənin 8-ci prezidenti Turqut Özalın ölümü də müəmmalarla dolu olub. Turqut Özalın zəhərlənərək öldürülməsi haqqında söz-söhbətlər heç vaxt siyasi gündəmdən çıxmayıb. İllər əvvəl Əhməd Özal və Qorqud Özal “öldürüldü” iddiaları ilə Turqut Özalın ölümünü təkrarən siyasi gündəmə gətirib və onun zəhərlənmə məsələsi yenidən diqqət mərkəzində olub.

Bu baxımdan sabiq dövlət naziri Mətin Gurdərənin hələ 10 il əvvəl Turqut Özalın ölümü haqqında danışarkən çox maraqlı fikirlər açıqlaması diqqətdən qaçmamalıdır.

Sabiq nazir bu haqda danışarkən bildirib ki, Ukraynada prezidentliyə namizədlərdən birini zəhərlədilər, həmçinin Londonda KQB-nin sabiq əməkdaşı zəhərləndi:

“O illərdə çox pərişan bir Rusiya vardı, yerlə sürünürdü. Türkiyə də Özalın sayəsində bayraq kimi dalğalanırdı. Daha sonra KQB imkanlarından istifadə edərək Putin Rusiyadakı rejimə əl qoydu. Onun liderliyində Rusiya toparlandı. Rus dərin dövləti yerlə sürünən ölkəyə müdaxilə etdi, öz namizədini hakimiyyətə gətirdi və Rusiya toparlandı. Öz dövlətini düşdüyü vəziyyətdən xilas etmək üçün hadisələrə daxil olan KQB o zaman gələcəyi Qafqaz və Orta Asiya olmadan bir məna kəsb etməyəcəyini anlayırdı. Turqut Özal ora gedəndə səhhətində problemləri yox idi. Ancaq oradan çox pərişan qayıtdı, xəstəliyi getdikcə gücləndi.

Gələcəyin Rusiyası üçün Orta Asiya və Qafqazda Türkiyənin təsirini azaltmaq üçün Özala qarşı bir zəhərlənmə əməliyyatı oldusa, onların vasitəsilə oldu. Yəni Özala yeməklər hazırlanır. KQB-nin adamları yeməyə zəhər qatır və Özal Türkiyəyə qayıdanda pərişan olur, xəstələnir və vəfat edir. Tibbi baxımdan bunu araşdırmaq lazımdır”.

Ä°lgili resim

Litvinenko nümunəsi göz qorxudur

KQB sistemində zəhərlənmə ənənələri çox geniş yayılıb. Stalin Trotskini dəfələrlə zəhərləmək cəhdləri edib. Əvəzində Trotskinin katibi və cangüdəni pnevmoniyaya oxşar qəribə xəstəlikdən qəfil vəfat ediblər.

Stalin Trotsky ile ilgili görsel sonucu

Stalin qurbanlarının əzabını görməyi sevən adam olub. O, zəhəri öz ailəsində də – qaynı Pavel Alliluyevə qarşı işlətməkdən çəkinməyib. Onu tənbəki ilə zəhərləmişdilər. Qorbaçovun bir qədər boşaltdığı buxovlardan sonra – Yeltsinin zamanında da Rusiya əvvəlki üsullarından əl çəkməmişdi. Fəaliyyəti yenidən bərpa edilmiş gizli laboratoriya bu dəfə milli təhlükəsizlik adıyla işini görürdü. 2004-cü ildə Şimali Osetiyada, Beslanda götürülmüş girovlar məsələsini tədqiq edən jurnalist Anna Politovskaya az qala isti içkinin qurbanı olacaqdı.

Anatoli Sobçak ile ilgili görsel sonucu

Anatoli Sobçakın da qəribə ölümündən danışırlar. Onun ölümünü tədqiq etməyib hər şeyi zəif ürəyinin üstünə atdılar. Əslində o, mehmanxana lampasına yaxılmış, qızdıqda zəhərli buxar verən toksindən dünyasını dəyişmişdi. Litvinenkonun işinin ən qızmar vaxtında İrlandiyadan ağır vəziyyətdə qayıdan Yeqor Qaydarın vəziyyətini həkimlər lqeyri-qida zəhərlənməsi» kimi şərh etdilər.

Müasir dövrün ən səs-küylü zəhərlənməsi Putinin düşməni Aleksandr Litvinenkonun başına gəlib. A.Litvinenko eks KQB agenti idi və V.Putinlə kəskin münasibətləri ilə tanınırdı. Oliqarx Boris Berezovskinin zəhərlənməsi məsələsini tədqiq edən Aleksandr Litvinenko ölkədən qaçandan sonra kitabında gizli laboratoriyanın işindən danışırdı. O, açıq şəkildə Putini ittiham etdiyindən London hotellərinin birində səhər çay içərkən zəhərləndi. Bunu bilərəkdən açıq-aydın etdilər ki, qalanlara görk olsun.

O, 2006-cı il noyabrın 23-də Londonda vəfat edib. Ölümündə zəhərlənmə izləri olduğu artıq təsdiqlənib. O, “Millennium” hotelinin “Pine Bar”ında dostları saydığı iki keçmiş Rusiya casusu – Andrey Luqovoy və Dmitri Kovtunla görüşdən bir neçə saat sonra özünü pis hiss edib. Qusma və kəskin ağrı simptomları ilə noyabrın 3-də yaşadığı şimali Londondakı yerli xəstəxanaya qəbul edilib. Litvinenkoda radioaktiv zəhərlənmənin əlamətləri var idi. Onun saçları tökülürdü. Lakin həkimlər onu Geyger sayğacı ilə müayinə edəndə, radiasiya qeydə alınmamışdı.

Sergey Skripal və qızı Yuliyanın ile ilgili görsel sonucu

Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsi

Keçmiş rusiyalı casus Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsinə görə şübhəli şəxs kimi iki rusiyalının adları açıqlanıb.

66 yaşlı cənab Skripal və 33 yaşlı qızı Yuliya mart ayında Noviçok adlanan sinir iflicedici maddə ilə zəhərlənib.

Şübhəlilər martın 2-də Moskvadan Londona gəlib və Bow küçəsində “City Stay” hotelində qalıblar. Martın 4-də onlar  Skripalın yaşadığı evin qapısını “Noviçok”la zəhərləyiblər.

Rusiya prezidenti Vladimir Putinin ən çox qorxduğu da elə özünün zəhərlənməsidir. Dünyanın bir sıra müxtəlif liderləri üçün yemək hazırlayan ən yaxşı baş aşpazların elitar Klubu “Club des Chefs des Chefs”in banisi Jil Braqar Rusiya liderinin qorxusu haqda danışıb. Onun sözlərinə görə, Vladimir Putin ən çox zəhərlənmədən ehtiyat edir. Bu səbəbdən də Putinin göstərişi ilə ixtisaslaşdırılmış dequstatorlar- həkim və aşpazlar məcburi qaydada onun yeməklərini yoxlayırlar.

Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*