ŞOK: Həbs edilən hərbi komissar işdən çıxarılan generalın adamıdır? – VİDEObackend

ŞOK: Həbs edilən hərbi komissar işdən çıxarılan generalın adamıdır? - VİDEO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin rəisi mayor Sadiq Əliyev həbs edilib. Bildirilir ki, o, küllü miqdarda rüşvət aldığı üçün saxlanılıb.

Xatırladaq ki, son ilyarımda bir neçə oxşar həbslər həyata keçirilib. Saxlanılan hərbi komissarların əksərinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi, general Arzu Rəhimova yaxın olduğu iddia edilir. Bildirilir ki, rüşvət faktları Arzu Rəhimov vəzifədə olan vaxtlara təsadüf edir. Bu haqda ölkə mediasında silsilə yazılar dərc edilib.

Komissarların həbsi nəyi dəyişəcək? Onlara vaxtilə hamilik etmiş şəxslər, yüksək vəzifəli hərbçilər niyə saxlanılmır?

Ən əsas, Sadiq Əliyevlə Arzu Rəhimovun nə kimi əlaqəsi, ünsiyyəti olub?

KONKRET.az xəbər verir ki,  Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz deyib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ölkənin ən strateji qurumudur. Onun fikrincə, həmin qurumda heç bir halda rüşvət keçməməlidir:

“Belə bir qurumda rüşvət olmamalıdır. Çünki insanlar əsgərlik mükəlləfiyyətlərini o qurum vasitəsilə həyata keçirir. Əsasən də indiki dövrdə, müharibə şəraitində. Biz hələ müharibə təhlükəsindən xilas olmamışıq. Belə bir vəziyyətdə Çağırış üzrə Dövlət Xidmətinin hansısa işçisinin kimdənsə rüşvət alıb, çağırışçını əsgərlikdən yayındırması dövlətə xəyanətdir. Bir dövlət, bir əsgər, bir ordu necə olur? İnsanlarının, çağrışçılarının çoxluğu və ya çağırışçılıq sahəsindəki ədaləti ilə. Məsələn, bu vaxta qədər imkanlı ailələrin övladları pul verib, əsgərlikdən yayınırdılar. Bu da istər-istəməz insanlarda çox pis ənənə yaradırdı. Deyirdilər ki, varlıların uşaqları kef çəkmək üçün, kasıbların uşaqları isə ölmək üçün doğulur. Bu düşüncəni yox etmək üçün hərbi hissələrdə, xüsusilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində ədalət bərqərar olmalıdır”.

Siyasi şərhçi deyib ki, əvvəlki ənənələrin qarşısı mütləq alınmalıdır:

“Prezident də bu haqda çox ciddi tapşırıqlar verib. Çünki bizim əsgərə ehtiyacımız var və əsgərlərin hamısına eyni gözlə baxılmalıdır. Eyni gözlə baxılmasa, dövlətimiz dövlət, ordumuz da ordu olmaz. Qədim dövrlərdə, elə orta əsrlərdə müharibə birbaşa zadəganların işi idi. Amma indi ölkənin kasıb övladları gedib torpaq uğrunda şəhid olurlar, varlılar o yerlərdə villalar tikir, istirahət mərkəzləri qururlar və övladları da hərbi xidmətə getmir. Çox anormal bir vəziyyət yaranıb. Bunun qarşısını almaq üçün də Azərbaycan hakimiyyəti mühüm addımlar atmalıdır”.

H.Oğuz Sadiq Əliyevin kimin adamı olması məsələsinə aydınlıq gətirib:

“Hərbi Xidmətə Çağırış idarələrinin hamısına rəhbərlik edən bir şəxs var. Bunun da adı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətidir. Onun da rəhbərliyində olanlar maxinasiyalara, rüşvət və korrupsiya mexanizminə rəhbərlik ediblər. Təbii ki, onların hamısı cavab verməlidir. İndikilərin biz çoxları əlbəttə ki, Arzu Rəhimova yaxın insanlardır. Yəqin ki, o rüşvətxor mexanizminin ortadan qaldırılması üçün onların təmizlənməsi prosesi gedir. Mən bunu alqışlayıram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*