Şok! Onun saç nümunələrində kokain aşkarlandı – İnkar etmişdibackend

Şok! Onun saç nümunələrində kokain aşkarlandı - İnkar etmişdi

İstanbul Respublika Prokurorluğunun apardığı narkotik istintaqı çərçivəsində məşhur müğənni Yusuf Güney məhkəməyə çağırılıb və 9 gün əvvəl ifadə verib. Qeyd edilib ki, bir müddət onunla əlaqə yaratmaq mümkün olmayıb. İstintaqla bağlı gözlənilən ekspertiza nəticələri açıqlanıb.

Məhkəmə-Tibbi Ekspertiza Qurumunun apardığı müayinələr zamanı Yusuf Güneyin qan və saç nümunələri yoxlanılıb. Analizlərin nəticəsinə görə, müğənninin saç nümunəsində kokain maddəsi aşkarlanıb.

KONKERT.az-ın Musavat.com-a istinadən verdiyi məlumata görə, istintaq çərçivəsində Yusuf Güney bir müddət əvvəl ifadəyə çağırılmışdı. O, vəkili vasitəsilə şəhərdən kənarda olduğunu bildirərək əlavə vaxt istəmişdi. Bu müddətdə telefonunu söndürməsi və ictimaiyyət qarşısına çıxmaması sosial mediada müzakirələrə səbəb olmuşdu.

Daha sonra saxlanılan müğənni tibbi müayinədən keçirilib və məhkəməyə aparılıb. O, ifadə verdikdən təxminən iki saat yarım sonra sərbəst buraxılıb.

Yusuf Güney sosial şəbəkə hesabında yayılmış iddialara münasibət bildirib. O deyib ki, səhhətində problemlər olduğu üçün bir müddət istirahətdə olub. Müğənni adının istintaqda çəkilməsinin əsassız olduğunu və məsələni öyrənən kimi könüllü şəkildə ifadə verdiyini bildirib.

Dekabrın 22-də Yusuf Güney Məhkəmə-Tibbi Ekspertiza Qurumuna göndərilib. Ondan qan, sidik və saç nümunələri götürülüb. Aparılan analizlər nəticəsində saç nümunəsində kokainlə yanaşı, bu maddənin metaboliti olan benzoilekgonin də aşkarlanıb.

Mütəxəssislər bildirirlər ki, benzoilekgoninin aşkar olunması kokain istifadəsinin qəti sübutu sayılır. Bu maddə orqanizmdə kokain parçalandıqdan sonra yaranır.

Qeyd edək ki, Yusuf Güney daha əvvəl Orkun Işıtmakın YouTube proqramında iştirak edib. Proqramda ona “Astral səyahətlər zamanı maddə istifadə etmisənmi?” sualı verilib. Müğənni isə bu suala “Xeyr, qətiyyən” cavabını verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*