ŞOK QƏRAR: “Rus icması” təşkilatı ekstremist qurum kimi tanındı – FOTObackend

ŞOK QƏRAR: “Rus icması” təşkilatı ekstremist qurum kimi tanındı - FOTO

Rusiyanın Çelyabinsk vilayətinin Troitsk rayonunda fəaliyyət göstərən “Rus icması” (ориг. “Русская община”) adlı nasist yönümlü təşkilat yerli hakimiyyət orqanları tərəfindən ekstremist və arzuolunmaz təşkilat kimi tanınıb.

KONKRET.az xəbər verir ki, qərar Troitsk rayonunda ekstremizmlə mübarizə üzrə komissiya tərəfindən qəbul edilib. Hazırda bu status yalnız Çelyabinsk vilayətində qüvvədədir və bütün Rusiya ərazisini əhatə etmir.

Komissiya eyni zamanda hüquq-mühafizə orqanlarına təşkilatın bütün üzvlərinin şəxsiyyətini müəyyənləşdirmək və əlavə tədbirlər görmək barədə göstəriş verib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*