ŞOK: Qüsurlu uşaqları diri-diri torpağa basdırdılar – FOTObackend

ŞOK: Qüsurlu uşaqları diri-diri torpağa basdırdılar - FOTO

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Hindistanda valideynlər fiziki qüsurlu uşaqlarını torpağa basdırıblar.

Ölkənin Karnataka əyalətində yaşayan bir qrup xurafatçı valideynlər hesab edir ki, əlil uşaqlar halqalı günəş tutulması zamanı torpaq altında olarsa xəstəlikdən xilas ola bilər.

Hindistan mediasında paylaşılan şəkillərdə uşaqlardan birinin ağladığı, anasının isə onu sakitləşdirməyə çalışdığı əks olunub. Həmçinin fotolarda arxada basdırılan uşaqların şok vəziyyətində olduğu aydın görünür. Görüntüləri izləyənlər valideynləri tənqid atəşinə tutub.

Hadisə ilə bağlı rəsmi orqanlar tərəfindən araşdırma aparılır.

Günəş tutulması Ay Yerlə Günəş arasında olanda baş verir. Halqalı Günəş tutulması isə Ay Günəş önündən keçərkən onu tam örtə bilmədiyi zaman müşahidə olunur.

Bu gün baş verən halqalı Günəş tutulması Səudiyyə Ərəbistanı, Hindistan, İndoneziya və Filippində daha aydın görünüb.

Hazırladı: Günel MUSEYİB

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*