Somalinin paytaxtı Moqadişoda güclü partlayış törədilib.
KONKRET.AZ xəbər verir ki, hadisə nəticəsində 94 nəfər həlak olub.
Hadisə minalanmış avtomobilin partladılması nəticəsində baş verib.
Həlak olanlardan 73 nəfəri dinc sakin, 17 nəfəri polis əməkdaşı, daha 4 nəfəri isə əcnəbi vətəndaş olub.
Hadisə ilə bağlı məsuliyyəti üzərinə götürən təşkilat olmayıb.