Ermənistanın Mühafizəkar yönlü Birləşmiş Milli Konstitusiya Partiyası baş nazir Nikol Paşinyana qarşı impiçment (etimadsızlıq) proseduruna start verildiyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, partiya nümayəndələrinin bildirdiyinə görə, Paşinyanın siyasəti ölkəni təhlükəli siyasi və hərbi fəsadlara sürükləyir, bu səbəbdən ona qarşı parlament çərçivəsində etimadsızlıq mexanizmi işə salınmalıdır.
Yeni baş nazir postuna namizədin adı yaxın günlərdə açıqlanacaq. Müxalifət bu təşəbbüsə digər partiyaların da qoşulacağına ümid edir.
Müşviq Tofiqoğlu
KONKRET.az