SON DƏQİQƏ: Ermənistanda səfərbərlik başlayırbackend

SON DƏQİQƏ: Ermənistanda səfərbərlik başlayır

Ermənistan hökuməti bu gün keçirilən növbəti iclasında hərbi xidmətə qış çağırışının 16 dekabr 2019-cu ildə elan ediləcəyinə qərar verib. KONKRET.az xəbər verir ki, layihəyə görə, hərbi məsuliyyətli vətəndaşları səfərbər etmək üçün hazırlıq işləri noyabr 14-dən başlayacaq.

Hərbi xidmətini başa vuranların və Silahlı Qüvvələrdə alternativ xidmət edən vətəndaşların hərbi xidmətdən buraxılması da nəzərdə tutulub.

Eyni zamanda, səhiyyə nazirinin müavininin rəhbərlik etməli olduğu tibbi komissiya üzvlərinin fərdi siyahısı tərtib edilib. Lakin səhiyyə nazirinin müavini Anahit Hovhannisyan qeyd edib ki, bu maddədə uyğunsuzluqlar var: “Siyahıya dəyişiklik edildi, nazirliklər arasında şifahi müzakirələr aparıldı, sənədin son variantında isə bu müzakirələr öz əksini tapmadı. Şifahi danışıqlar zamanı müzakirə olunan komissiyanın tərkibi layihədə göstərilənlərə uyğun deyil”.

Sonda Hovhannisyan bildirib ki, Səhiyyə Nazirliyi bu siyahı ilə razılaşmır və sənədi hazırkı formada təsdiqləməyəcək.

Ermənistanın Baş naziri Nikol Paşinyan tibbi komissiyanın tərkibi barədə razılığa gəlməyi tapşıraraq bu bənd olmadan qanunu qəbul etməyə çağırıb: “Təklif edirəm ki, sizin imzanızdan əvvəl komissiyanın tərkibini razılaşdıraq və razılaşdırılmış tərkibi qanunla imzalama üçün təqdim edək”, – deyə Ermənistan Müdafiə nazirinin müavini Qabriel Balayan təklif edib.

Paşinyan bu təkliflə razılaşıb, bundan sonra qərar qəbul olunub.

Bir cavab yazın