ABŞ ilə İran arasında gərginliyin kəskin artması fonunda İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Kats Milli Təhlükəsizlik Kollecinin kurs məzunlarının buraxılış mərasimində iştiraklarını ləğv ediblər.
KONKRET.az-ın “Ynet”ə istinadən məlumatına görə, mənbələr bildirir ki, Netanyahu və Kats təhlükəsizlik məsələləri ilə bağlı təcili iclas keçirəcəklər.
ABŞ Prezidenti Donald Trampın İrana qarşı zərbələr endiriləcəyi barədə bəyanatlarına və Tehrandan gələn cavab hədələrinə baxmayaraq, İsrail rəsmiləri ABŞ və İran arasında qarşılıqlı zərbələrin yaxın vaxtlarda genişmiqyaslı müharibəyə çevriləcəyini gözləmirlər.
İsrailin yüksək vəzifəli rəsmisi vurğulayıb ki, rəsmi Təl-Əviv üçün Tehrana qarşı əsas təzyiq vasitəsi hələ də iqtisadi tədbirlər olaraq qalır.
Natiq Səlim,
KONKRET.az
