SON DƏQİQƏ: Prezidentin həyatına TƏHLÜKƏ YARANDI – Bu ölkədəbackend

SON DƏQİQƏ: Prezidentin həyatına TƏHLÜKƏ YARANDI - Bu ölkədə

Serbiyada Vuçiçin həyatı ilə bağlı təhlükə xəbərdarlığı edilib.

KONKRET.az xəbər verir ki, Serbiya Təhlükəsizlik və İnformasiya Xidməti Prezident Aleksandar Vuçiçin həyatına təhlükə yarana biləcəyi barədə xəbərdarlıq yayıb.

Məlumata görə, risk onun Monteneqroda keçiriləcək Aİ–Qərbi Balkanlar sammitinə səfəri ilə əlaqələndirilir.

Qurumun açıqlamasında bildirilir ki, bu qiymətləndirmə xarici kəşfiyyat xidmətlərinin və cinayətkar qruplaşmaların “düşmən fəaliyyətləri” barədə əldə olunan məlumatlara əsaslanır.

Operativ məlumatlara görə, tədbirin keçirildiyi ərazidə “Kavaç” kriminal qrupunun rəhbəri Radoye Zvicer də ola bilər.

Serbiya təhlükəsizlik xidməti həmçinin qeyd edib ki, ev sahibi tərəfdən dəfələrlə tələb olunmasına baxmayaraq, sammitin təhlükəsizlik təminatına dair rəsmi qiymətləndirmə təqdim edilməyib.

Bu səbəbdən Prezident Vuçiçin səfəri ilə bağlı təhlükəsizlik riskinin yüksək olduğu bildirilir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*