Şort geyindiyinə görə DÖYÜLDÜ – ANBAAN GÖRÜNTÜLƏRbackend

Şort geyindiyinə görə DÖYÜLDÜ - ANBAAN GÖRÜNTÜLƏR

Şimali Osetiyada bir marketdə şort geyindiyinə görə gəlmə Dаğstan sakini yerli sakin tərəfindən döyülüb.

KONKRET.az-ın məlumatına görə, insident marketin kassasında baş verib. Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb. Yerli kişi şortu dizdən yuxarı olan Dаğstanlını təhqir edib və əl-qaldırmaqdan çəkinməyib.

Müdaxilə etməyə çalışan kassir də şillə ilə “mükafatlandırılıb”.

Sosial şəbəkələrdə hadisəyə münasibət bildirənlər bu cür aqressiyanı tənqid edir, Qafqazda adət-ənənələrin zorakılıqla tətbiq edilməsinə etiraz edirlər.

Hadisə cəmiyyətdə geniş rezonans doğurub.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*