Sosial şəbəkədə qadınların kişini döyməsi ilə bağlı yayılan videoya MÜNASİBƏTbackend

Sosial şəbəkədə qadınların kişini döyməsi ilə bağlı yayılan videoya MÜNASİBƏT

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Ağcabədi rayonunda iki qadının küçənin ortasında kişini döyməsi ilə bağlı yayılan məlumata münasibət bildirib.

KONKRET.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsinin Təhqiqat bölməsində araşdırma aparılır.

Məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Qeyd edək ki, sosial şəbəkələrdə Ağcabədi rayonunda iki qadın və bir kişinin küçənin ortasında Kommunal Təsərrüfat Birliyinin işçisini döyməsi ilə bağlı görüntülər yayılıb.

Həmçinin oxuyun:

Azərbaycanda küçədə qızlara sataşan oğlanı görün nə günə qoydular – VİDEO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*