Havaların kəskin soyuması və enerji çatışmazlığı səbəbindən İranın 18 əyalətində məktəblər, universitetlər və bir sıra dövlət idarələrində tətil elan edilib.
KONKRET.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bununla yanaşı, enerjiyə qənaət etmək üçün bir neçə əyalətdə də dövlət idarələrinin iş rejimi dəyişdirilib, iş saatları azaldılıb.
Tətil elan edilən əyalətlər arasında Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Həmədan və Qəzvin əyalətləri də var./axaraz