SSRİ çempionu olmuş məşhur boksçu vəfat etdi – FOTObackend

SSRİ çempionu olmuş məşhur boksçu vəfat etdi - FOTO

Boks üzrə 1991-ci ildə SSRİ, 1992-ci ildə MDB çempionu olmuş qazaxıstanlı Bolat Temirov 53 yaşında vəfat edib.

KONKRET.az “Prosports.kz”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Boks Federasiyasının mətbuat xidməti məlumat yayıb.

İdmançının ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Temirov 1969-cu ildə Quryevdə (indiki Atırau) anadan olub. O, 51 kq çəki dərəcəsində 1991-ci ildə SSRİ, 1992-ci ildə MDB çempionu olub. Respublikanın müstəqilliyinin ilk illərində Temirov milli komandanın kapitanı olub. O, boks karyerasını başa vurduqdan sonra bizneslə məşğul olub. Temirov Qazaxıstan Boks Federasiyasının baş katibi, Beynəlxalq Boks Assosiasiyasının beynəlxalq hakimlər kollegiyasının rəhbəri vəzifələrində çalışıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*