Südü heç vaxt soyuducunun qapısında saxlamayın – Səbəb açıqlandıbackend

Südü heç vaxt soyuducunun qapısında saxlamayın - Səbəb açıqlandı

Çox insan evdə südü soyuducunun qapısında saxlayır.

KONKRET.az Milli.Az-a istinadən xəbər verir ki, südü soyuducunun qapısında saxlamaq tövsiyyə olunmur.

Südün sözügedən yerdə saxlanması məhsulun ömrünü yarıya qədər azalda bilər. Bunun səbəbi qapı hissənin ən isti hissə olması və burada temperaturun tez dəyişməsidir.

Qida israfının qarşısını almaq üçün doğru yerləşdirmə böyük əhəmiyyət daşıyır. Mütəxəssislərin fikrinə görə süd ən soyuq yerlərdən biri olan alt və ya orta rəfə qoyulmalıdır. Ət və balıq məhsulları alt rəfdə, yumurta və pendir orta səviyyədə, bişmiş yeməklər isə üst rəflərdə daha etibarlı şəkildə qorunur. Meyvə və tərəvəz xüsusi qapaqlı alt rəflərdə saxlanmalıdır. Meyvənin yaydığı qaz bəzi tərəvəzlərin daha tez xarab olmasına səbəb olur. Sousların və içkilərin qapıda saxlanılması hər hansı problem yaratmır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*