Sumqayıt şəhərində müxtəlif ünvanlarda hamam otağında baş verən dəm qazı zəhərlənməsi halları nəticəsində dörd nəfər xəstəxanaya yerləşdirilib.
KONKRET.az xəbər verir ki, hadisə şəhərin 49-cu məhəlləsində yerləşən fərdi evdə yaşayan, 2013-cü il təvəllüdlü Hüseynov Nurlan Faiq oğlu hamamda dəm qazından zəhərlənərək Sumqayıt şəhər Uşaq xəstəxanasına çatdırılıb.
Digər hadisə Şəhərin 2-ci mikrorayonunda isə 2003-cü il təvəllüdlü Babayeva Jalə Elxan qızı, eləcə də 1984-cü il təvəllüdlü Hünbətov Anar Hünbət oğlu hamam otağında dəm qazından zəhərləniblər. Hər iki şəxs Sumqayıt şəhər Travmatologiya xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilir.
Daha bir hadisə şəhərin 8-ci mikrorayonunda qeydə alınıb. 1997-ci il təvəllüdlü Abışova Aytac Kamal qızı hamamda dəm qazından zəhərlənərək Travmatologiya xəstəxanasına aparılıb, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktlarla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır./teleqraf
