Bakıda yaşayış binasında yanğın oldu –  7 nəfər…backend

Bakıda yaşayış binasında yanğın oldu - 7 nəfər...

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Xətai rayonu, Babək prospektində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən KONKRET.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində pilləkən qəfəsində quraşdırılmış elektrik sayğaclarında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 10 ədəd elektrik sayğacı və qoruyucu açar, 2p.m elektrik naqili yanıb.

Yanğınsöndürənlər tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 3-ü azyaşlı olmaqla 7 nəfər təxliyə olunub.

Mənzillər və yaşayış binası yanğından mühafizə olunub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*